Backup sistemi olmayan şirkət hansı riskləri daşıyır?
Məlumat itkisi yalnız texniki problem deyil. Müştəri bazası, maliyyə sənədləri, müqavilələr, e-poçt arxivi və əməliyyat məlumatları itəndə biznesin fəaliyyəti dayana bilər.
Backup yoxdursa, risk yalnız “fayl silinməsi” deyil
Şirkətlər çox vaxt backup-a yalnız problem baş verəndən sonra ciddi yanaşır. Halbuki məlumat itkisi bir neçə istiqamətdə biznesə zərər vura bilər.
Məlumat itkisi
Mühasibat sənədləri, müqavilələr, müştəri bazası və əməliyyat faylları silinə və ya korlana bilər.
İşin dayanması
Server və ya əsas proqram məlumatları itəndə komanda işləyə bilmir, sifariş və xidmət prosesləri ləngiyir.
Ransomware təhlükəsi
Virus və ya ransomware faylları şifrələdikdə sağlam backup yoxdursa, bərpa çox çətinləşir.
Etibar itkisi
Müştəri məlumatlarının itməsi və xidmətin dayanması şirkətin peşəkar imicinə ciddi təsir edir.
Backup sistemi necə düşünülməlidir?
Backup sadəcə faylların başqa qovluğa köçürülməsi deyil. Düzgün backup sistemi planlı, avtomatik, yoxlanılan və bərpa edilə bilən olmalıdır.
Pulsuz Konsultasiya AlBackup insan faktorundan asılı olmamalıdır. Sistem müəyyən qrafiklə avtomatik işləməlidir.
Backup alınması kifayət deyil. Mütəmadi bərpa testi aparılmalıdır ki, faylların həqiqətən bərpa olunduğu bilinsin.
Backup əsas serverlə eyni risk zonasında qalmamalıdır. Lokal, cloud və ya offsite yanaşma düşünülməlidir.
Backup məlumatları icazəsiz girişdən, viruslardan və ransomware hücumlarından qorunmalıdır.
Ən çox itirilən məlumatlar
Backup planı hazırlananda yalnız “sənədlər” yox, biznes üçün kritik bütün məlumat mənbələri nəzərə alınmalıdır.
Yaxşı backup strategiyası hansı suallara cavab verir?
Şirkətin backup sistemi bu suallara cavab verə bilmirsə, real fövqəladə vəziyyətdə bərpa prosesi riskli ola bilər.
Backup varsa belə, bərpa planı yoxdursa risk qalır
Ən vacib göstərici backup faylının mövcud olması deyil, biznesin nə qədər tez bərpa oluna bilməsidir.
Nə qədər məlumat itirə bilərsiniz?
Məsələn, backup gündə bir dəfə alınırsa, problem zamanı son 24 saatın məlumatı risk altında ola bilər.
Nə qədər müddət dayana bilərsiniz?
Server və ya baza sıradan çıxanda şirkətin neçə saata yenidən işləməsi əvvəlcədən planlanmalıdır.
ITPrime backup prosesini necə qurur?
Məqsəd yalnız ehtiyat nüsxə almaq deyil, məlumatların təhlükəsiz, nəzarətli və bərpa edilə bilən formada qorunmasıdır.
Analiz
Kritik məlumatlar, serverlər, proqramlar və mövcud risklər müəyyən edilir.
Planlama
Backup qrafiki, saxlanma yeri, təhlükəsizlik və bərpa hədəfləri seçilir.
Qurulum
Avtomatik backup sistemi, cloud və ya lokal həllər tətbiq olunur.
Monitorinq
Backup nəticələri izlənir, xətalar aşkarlanır və bərpa testləri aparılır.
Məlumatlarınızı itirməzdən əvvəl backup sisteminizi yoxlayın
Şirkətinizin məlumatlarının necə qorunduğunu birlikdə analiz edək və düzgün backup strategiyası hazırlayaq.
